11:52 / 19-04-2024
BDU tələbəsi intihar edib
10:39 / 19-04-2024
Bitcoin ucuzlaşıb
Sabiq müdiri ev dustaqlığına buraxılmayıb
Tarix: 01-10-2020 14:34 | Bölmə: Xəbərlər
Sabiq müdiri ev dustaqlığına buraxılmayıb

Səbail rayon Məhkəməsində Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən həbs edilən, XİN-in İşlər idarəsinin sabiq müdiri, Nazirliyin Tender Komissiyasının sabiq sədri Fərhad Mollazadənin barəsində seçilmiş həbs qətimkan tədbirinin ev dustaqlığı ilə əvəz olunması ilə bağlı vəsatətinə baxılıb.

Hakim Azər Tağıyevin sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

Qərara əsasən, F. Mollazadənin vəsatəti təmin edilməyib.

Qeyd edək ki, F. Mollazadə Dövlət Təhlükəsizliyi Xidməti Xarici İşlər Nazirliyində keçirdiyi əməliyyat zamanı saxlanılıb.

F.Mollazadə vəzifə səlahiyyətlərindən sui-istifadə etmə, mənimsəmə, rüşvət almaqda təqsirli bilinib.

Səbail rayon Məhkəməsinin qərarı ilə barəsində 4 aylıq həbs qətimkan tədbiri seçilib/APA.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}