17:38 / 28-03-2024
Əməkdar artist vəfat edib
Mehriban Əliyeva: “Uca Tanrı xalqımızı, Vətənimizi qorusun!”
Tarix: 18-10-2020 12:36 | Bölmə: Xəbərlər
Mehriban Əliyeva: “Uca Tanrı xalqımızı, Vətənimizi qorusun!”

Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva Azərbaycanın Milli Müstəqillik Günü ilə bağlı instaqram hesabında paylaşım edib.

Reyting.az
xəbər verir ki, Mehriban Əliyevanın yeni paylaşımında deyilir:

“Bu günlərdə bütün dünya ictimaiyyəti Azərbaycan xalqının yenilməz iradəsinin, qətiyyətinin, əzminin, birlik və həmrəyliyinin, Vətənə sadiqliyinin şahididir. Əminəm ki, xalqımızın məhz bu xüsusiyyətləri bizə qarşımızda dayanan bütün vəzifələrin öhdəsindən uğurla gəlməyə, o cümlədən müstəqilliyimizi qoruyub saxlamağa hər zaman kömək edəcəkdir. Qoy Azərbaycanın müstəqilliyi əbədi olsun! Uca Tanrı xalqımızı, Vətənimizi qorusun!”.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}