İran Ermənistanın pilotsuz uçuş aparatını vurub
Tarix: 19-10-2020 14:32 | Bölmə: Xəbərlər
İran Ermənistanın pilotsuz uçuş aparatını vurub

İran öz dövlət sərhədlərini pozan Ermənistana məxsus pilotsuz uçuş aparatını (PUA) vurub.

Bildirilir ki, səhər saatlarında İranın hava hücumundan müdafiə sistemləri Ermənistan ərazisindən hərəkət edən aparatı dövlət sərhədini keçdikdən sonra zərərsizləşdirib.

Hadisə Ərdəbil əyaləti ərazisində baş verib. Həmin aparatın kəşfiyyat dronu olduğu müəyyənləşdirilib.

Bu, İran tərəfindən Ermənistan PUA-sının vurulması ilə bağlı ilk hadisə olub.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}