Şagirdlərin elektron yerdəyişməsi təxirə salınıb
Tarix: 19-10-2020 15:54 | Bölmə: Xəbərlər
Şagirdlərin elektron yerdəyişməsi təxirə salınıb

Şagirdlərin elektron yerdəyişməsi müvəqqəti təxirə salınıb.

Təhsil Nazirliyinin məlumatına görə, "Xüsusi karantin rejimi dövründə Azərbaycan Respublikasının ərazisində fəaliyyət göstərən təhsil müəssisələrinin fəaliyyəti ilə bağlı əlavə tədbirlər” barədə Nazirlər Kabinetinin müvafiq qərarına əsasən, 2 noyabr 2020-ci il tarixinədək bütün təhsil müəssisələrində əlavə tətil günlərinin müəyyən edilməsi nəzərə alınaraq, yerdəyişmə prosesinin həyata keçirilməsi müvəqqəti təxirə salınır.

Elektron portalın açılma tarixi barədə ictimaiyyətə əlavə məlumat veriləcək.

Reyting.az




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}