17:38 / 28-03-2024
Əməkdar artist vəfat edib
Elektron hücum cəhdləri artır - Xəbərdarlıq
Tarix: 20-10-2020 12:21 | Bölmə: Xəbərlər
Elektron hücum cəhdləri artır

Ermənistanın elektron poçt üzərindən uğursuz “fişinq” hücumu cəhdləri davam edir. Bu dəfə istifadəçilərə göndərilən “fişinq” xarakterli e-poçtda guya son dövrdə artan kiberhücumlardan qorunmaq məqsədilə Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin İnformasiya Mərkəzi tərəfindən Xarici İşlər Nazirliyi əməkdaşları üçün xüsusi təlim proqramı hazırlandığı bildirilir. Eyni zamanda həmin təlimdə iştirak etmək üçün keçidə daxil olaraq korporativ e-poçt və şifrin daxil edilməsi istənilir. İstifadəçi keçidə daxil olaraq məlumatları təqdim etdikdə həmin məlumatlar kibercinayətkarların əlinə keçir.

Reyting.az
xəbər verir ki, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Elektron Təhlükəsizlik Xidməti hazırkı vaxtda hər kəsi maksimum diqqətli olmağa, şübhəli keçidlərə daxil olmamağa və hər hansı faylı yükləməməyə və məlumatların düzgünlüyünü rəsmi mənbələrdən yoxlamağa çağırır.

Xahiş olunur ki, bu kimi hallarla üzləşdikdə, www.cert.az saytı və ya reports@cert.az elektron poçt ünvanı vasitəsilə Elektron Təhlükəsizlik Xidmətinə məlumat verin.





Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}