Səudiyyənin yeni qadın səfiri and içib
Tarix: 21-10-2020 16:30 | Bölmə: Xəbərlər
Səudiyyənin yeni qadın səfiri and içib

Səudiyyə Ərəbistanı kralı Amal bint Yəhya əl-Muallimi ölkənin Norveçdəki səfiri təyin edib.

Reyting.az
WAS-a istinadla xəbər verir ki, yeni səfir kral Salman bin Əbdüləziz qarşısında and içib.

Əl-Muallim Səudiyyə Ərəbistanının Vaşinqtondakı səfiri Rima bint Bəndar əl-Səuddan sonra səfir təyin olunan ikinci qadındır.

O, Səudiyyə Ərəbistanının BMT-dəki daimi nümayəndəsi Abdullah əl-Muallimin bacısıdır və əvvəllər təhsil və sosial inkişaf nazirliklərində bir sıra vəzifələr tutub və Səudiyyə cəmiyyətində qadın hüquqlarının qorunmasında mühüm rol oynayıb.





Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}