Bakıda kütləvi dava: 4 nəfər xəstəxanaya yerləşdirilib
Tarix: 24-10-2020 23:59 | Bölmə: Xəbərlər
Bakıda kütləvi dava: 4 nəfər xəstəxanaya yerləşdirilib

Bakının Qaradağ rayonunda kütləvi dava olub.

Reyting.az
APA-ya istinadla xəbər verir ki, hadisə Qobustan qəsəbəsində baş verib.

1970-ci il təvəllüdlü Nağıyev Valeh Mirağa oğlu kütləvi dava zamanı bıçaqlanıb. 1964-cü il təvəllüdlü Nağıyev Bəkir İsmayıl oğlu, 1991-ci il təvəllüdlü Nağıyev Cəmil Bəkir oğlu və 1996-cı il təvəllüdlü Nağıyev Abit Bakir oğlu dəmir boru vasitəsilə döyülüb.

Xəsarət alan 4 nəfər 3 nömrəli şəhər klinik xəstəxanasına yerləşdirilib.

Faktla bağlı Qaradağ Rayon Polis İdarəsində araşdırma aparılır.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}