Energetika Nazirliyində mətbuat katibi təyinatı olub
Tarix: 26-10-2020 18:00 | Bölmə: Xəbər lenti
Energetika Nazirliyində mətbuat katibi təyinatı olub

Energetika Nazirliyində mətbuatla iş sektorunun müdiri və mətbuat katibi vəzifəsinə təyinat olub.

Məlumata görə, bu vəzifə Cahid Mikayılova həvalə edilib.

Oktyabrın 16-dan vəzifə səlahiyyətlərinin icrasına başlamış C.Mikayılov indiyə qədər, ləğv edilmiş Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyində (AREA) çalışıb.

O, təyinatı ilə bağlı məlumatı təsdiq edib.

Xatırladaq ki, Energetika nazirinin müşaviri Zəminə Əliyeva bu vaxta qədər həm də qurumun mətbuat katibi vəzifəsini icra edirdi/Report.




Bölməyə aid digər xəbərlər
25-11-2020, 20:39 Maradona vəfat edib
24-11-2020, 16:02 Xəzərdə zəlzələ olub

bütün xəbərlər
bütün xəbərlər
{sape_links}{sape_article}