16:46 / 19-04-2024
İlham Əliyev Rusiyaya gedir
Azərbaycanda Ukraynanın birinci Fəxri konsulluğu açılır
Tarix: 27-10-2020 11:42 | Bölmə: Xəbərlər
Azərbaycanda Ukraynanın birinci Fəxri konsulluğu açılır

Ukraynanın Azərbaycan Respublikasındakı Səfirliyinin binasında Ukraynanın Şamaxı şəhərindəki Fəxri konsulunun təyin edilməsi ilə bağlı təntənəli mərasim keçirilib.

Ukraynanın Azərbaycandakı səfiri Vladislav Kanevski Ukraynanın Şamaxı şəhərindəki yeni təyin olunmuş Fəxri konsulu Mehrəli Qasımova konsulluq patentini və xidməti vəsiqəsini təqdim edib. Tərəflər Ukraynanın Şamaxı şəhərindəki Fəxri konsulunun vəzifələri və öhdəlikləri haqqında Sazişi imzalayıblar.

Qeyd olunub ki, Ukraynanın Azərbaycanda birinci Fəxri konsulluğunun açılması iki ölkə arasındakı əməkdaşlığın yüksək dinamikasının göstərir və dövlətlərimiz arasında ticari-iqtisadi, mədəni-humanitar və regional əlaqələrin daha da genişlənməsinə uyğun şərtlər yaradır. Fəxri konsulluq öz dairəsində yaşayan Ukrayna vətəndaşlarına lazımi dəstək göstərməklə yanaşı, Azərbaycanda fəaliyyət göstərən ukraynalı sahibkarlara, eləcə də Ukraynada fəaliyyət göstərən azərbaycanlı sahibkarlara məlumatlandırma və təşkilati dəstək verəcək, eləcə də Azərbaycanda Ukrayna mədəniyyətinin tanıtım tədbirlərini və milli bayramlarının qeyd olunmasını təşkil edəcək.

Ukraynanın Azərbaycan Respublikasındakı Fəxri konsulu vəzifəsinə təyin olunan Mehrəli Qasımov Taras Şevçenko adına Kiyev Dövlət İnstitutunun Beynəlxalq əlaqələr fakultəsində bakalavr və magistr təhsili alıb. Daha sonra dünyaca məşhur SAP və DeGolyer & MacNaughton Corporation şirkətlərində müxtəlif vəzifələrdə çalışıb. Hazırda özəl sahibkarlıq fəaliyyəti ilə məşğuldur.

Onu da qeyd edək ki, Ukraynanın Şamaxı şəhərindəki Fəxri konsulunun konsulluq dairəsi Ağsu, Ağdaş, Qobustan, Göyçay, İsmayıllı və Şamaxı rayonlarını əhatə edir.

Reyting.az




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}