17:38 / 28-03-2024
Əməkdar artist vəfat edib
İran Azərbaycanla sərhəddə ordusunu gücləndirir
Tarix: 27-10-2020 15:10 | Bölmə: Xəbərlər
İran Azərbaycanla sərhəddə ordusunu gücləndirir

Azərbaycanla sərhəddə İranın hava hücumundan müdafiə qüvvələrinin (HHMQ) sayı artırılır.

Reyting.az
“Fars” agentliyinə istinadla xəbər verir ki, bu barədə “Xatəmül-Ənbiya” hava hücumundan müdafiə qüvvəsinin komandanı general Seyyid Əbdürrəhman Musəvi məlumat verib.

“Hava hücumundan müdafiə bölmələri şimal-qərb bölgəsində gücləndirilib və ehtiyac olarsa, əraziyə əlavə qüvvələr cəlb ediləcək”, – deyə o vurğulayıb.

General Musəvi insanların, xüsusilə sərhəd sakinlərinin təhlükəsizliyini qorumanın prioritet olduğunu bildirib.

“Ölkələrin ərazi bütövlüyünə hörmət və beynəlxalq tanınmış sərhədlərin qorunması məlum prinsiplərimizdəndir və biz bunlardakı dəyişikliyə dözməyəcəyik”.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}