Solomon Mann: “Erməni ordusu yeni qruplaşma yaradır”
Tarix: 27-10-2020 17:14 | Bölmə: Xəbərlər
Solomon Mann: “Erməni ordusu yeni qruplaşma yaradır”

Azərbaycan Ordusu Qarabağda sayca beşinci rayon mərkəzini - Qubadlını götürdü və Laçına birbaşa yol açdı. Əvvəllər kiçik şəhərcik, indi isə Ermənistanın hərbi bazası olan Laçından Dağlıq Qarabağı Ermənistanla birləşdirən əsas yol keçir. Laçının götürülməsi halında Azərbaycan Ordusunun Şuşanı da götürməsi qaçılmaz olacaq, bu şəhər isə Stepanakertin (Xankəndi) yuxarısında yerləşir.

Reyting.az
Virtualaz.org-a istinadla xəbər verir ki, bunu israilli siyasi analitik Solomon Mann özünün Facebook səhifəsində yazıb.

Solomon Mann qeyd edib ki, Azərbaycanın Ermənistan sərhədlərini pozmamasından və orada qoşun qruplaşmalarının hərəkətinə nəzarət etməməsindən istifadə edərək erməni ordusu yenidən qruplaşma həyata keçirir. “Görünən odur ki, erməni tərəfində tank “yumruğu” ilə birlikdə desant və motoatıcı qoşunlardan, artilleriyadan ibarət iri qüvvələr toplayırlar. Əldə olunan məlumata görə, rusiyalı təlimatçılar erməni qırıcı pilotlarına tələm-tələsik təlimlər keçirlər, hərçənd bu fakt deyil ki, “Su-30” qırıcılarının şturvalı arxasına həmin təlimatçılar özləri oturmayacaqlar”,- S. Mann yazır.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}