17:38 / 28-03-2024
Əməkdar artist vəfat edib
Son həftədə 2,8 milyon insan koronavirusa yoluxub
Tarix: 28-10-2020 08:50 | Bölmə: Xəbərlər
Son həftədə 2,8 milyon insan koronavirusa yoluxub

Son həftə ərzində sünyada koronavirusa 2,8 milyon insan yoluxub.

Reyting.az
-ın məlumatına görə, Ümumdünya Səhiyyə Təşkilatından (ÜST) bildirilib ki, bu, pandemiyanın başlanğıcından bəri rekord göstəricidir.

ÜST-nin informasiya bülletenində deyilir ki, son həftə ərzində COVID-19-a 2,8 milyondan çox yeni yoluxma və virusdan təxminən 40 min ölüm qeydə alınıb.

Virusa ən çox yoluxma Avropadadır. Burada bir həftə ərzində 1,33 milyondan çox yeni yoluxma qeydə alınıb.

Şimali və Cənubi Amerikada 884 min nəfər təhlükəli infeksiyaya yoluxub. Cənub-şərqi Asiyada bu rəqəm 445 min nəfər təşkil edib.

Pandemiyanın başlanğıcından dünyada koronavirusa ümumilikdə 44 milyon yoluxma qeydə alınıb, təhlükəli infeksiyaya yoluxmuş 32 milyon insan sağalıb, 1,1 milyondan çox insan ölüb.

Qeyd edək ki, ÜST-nin hesabatı yalnız rəsmi göstəricilər əsasında hazırlanır.




Bölməyə aid digər xəbərlər
27-03-2024, 09:47 Macarlar Orbana etiraz edir

{sape_links}{sape_article}