11:52 / 19-04-2024
BDU tələbəsi intihar edib
10:39 / 19-04-2024
Bitcoin ucuzlaşıb
Ermənilərin Gəncədə törətdiyi terror zamanı 6 uşaq həlak olub
Tarix: 29-10-2020 10:04 | Bölmə: Xəbərlər
Ermənilərin Gəncədə törətdiyi terror zamanı 6 uşaq həlak olub

İşğalçı Ermənistan Respublikasının silahlı qüvvələrinin 04, 11 və 17 oktyabr tarixlərində raket və ağır artilleriya hücumları nəticəsində Azərbaycanın ikinci böyük şəhəri, qədim tarix və mədəniyyət mərkəzi olan Gəncə şəhərində 10-u qadın, 6-sı uşaq olmaqla 26 nəfər həlak olub. 138 nəfər yaralanıb, şəhərdə yerləşən mülki infrastruktur obyektlərinə, tarix-mədəniyyət abidələrinə, o cümlədən nəqliyyat vasitələrinə külli miqdarda ziyan dəyib.

Baş Prokurorluqdan Reyting.az-a verilən məlumata görə, Ermənistan Azərbaycanın tarixi-mədəni irs mərkəzi olan qədim Gəncə şəhərinə raket zərbələri endirməklə nəinki Azərbaycanı, eyni zamanda dünya mədəni irsini, ümumbəşəri dəyərləri hədəf aldığını, özünün uzun illərdən bəri sürən vandalizm siyasətini bir daha nümayiş etdirib.

Azərbaycan Respublikası Baş Prokurorluğunun Mətbuat xidməti tərəfindən Ermənistan Respublikasının silahlı qüvvələrinin törətdiyi cinayət əməlləri barədə dünya ictimaiyyətinin məlumatlandırılması məqsədilə “Ermənistan təcazvüzünün qurbanı Gəncə barədə nə bilirsiniz?” başlıqlı fransız, ispan, alman, rus, ingilis və ərəb dillərində növbəti dəfə maarifləndirici video çarxlar hazırlanıb.

Ermənistanın işğalçı və təcavüzkar mahiyyətinin beynəlxalq müstəvidə bir daha ifşa edilməsi, işğalçı dövlətə qarşı beynəlxalq hüquqla nəzərdə tutulmuş sanksiyaların tətbiqi məqsədilə Azərbaycan Respublikası Baş Prokurorluğu tərəfindən bütün beynəlxalq qurumlara müraciət edilməsi təmin ediləcəkdir.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}