11:52 / 19-04-2024
BDU tələbəsi intihar edib
10:39 / 19-04-2024
Bitcoin ucuzlaşıb
Ramin Bayramlı instituta yeni direktor təyin edib
Tarix: 30-10-2020 15:48 | Bölmə: Xəbərlər
Ramin Bayramlı instituta yeni direktor təyin edib

TƏBİB idarə heyətinin sədri Ramin Bayramlının müvafiq əmri ilə  Allahverdi Aydın oğlu Musayev K.Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutuna direktor vəzifəsinə təyin edilib. 

Bu barədə TƏBİB-dən Reyting.az-a verilən məlumata görə, Allahverdi Musayev Azərbaycan Tibb Universitetində bakalavr təhsili, Türkiyə Respublikası İzmir şəhəri Ege Universitetində isə ixtisas (Uşaq cərrahiyyəsi) təhsili alıb.

Tibb üzrə fəlsəfə doktoru Allahverdi Musayev daha öncə Musa Nağıyev adına Təcili Tibbi yardım Xəstəxanası, K.Fərəcova adına ETPİ Uşaq Cərrahiyəsi, Mərkəzi Nefçilər xəstəxanası, Klinik Tibb Mərkəzinin Uşaq Cərrahiyyəsi şöbəsində həkim-cərrah olaraq çalışıb. 




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}