Avropa Şurasının Baş katibi BAXCP sədrinə məktub yazıb
Tarix: 30-10-2020 16:40 | Bölmə: Siyasət / Xəbərlər
Avropa Şurasının Baş katibi BAXCP sədrinə məktub yazıb

Avropa Şurasının Baş katibi Mariya Peyçinoviç Buriç Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədri, deputat Qüdrət Həsənquliyevin Azərbaycan Ordusunun Ermənistanın hərbi təxribatına qarşı həyata keçirdiyi əks-hücum və sülhə məcburetmə əməliyyatları, eləcə də Azərbaycanın mülki əhalisinin Ermənistan ərazisindən qadağan olunmuş silahlardan atəşə tutulması faktları ilə bağlı ona ünvanladığı məktuba cavab yazıb.

Reyting.az
xəbər verir ki, Avropa Şurasının Baş katibinin cavab məktubunda deyilir:

“Hörmətli cənab Həsənquliyev,

14 oktyabr tarixli məktubunuza istinad edərək bildirmək istərdim ki, Dağlıq Qarabağ münaqişəsi zonası ətrafındakı hərbi əməliyyatları, xüsusən də onun dəhşətli humanitar nəticələrini olduqca narahatlıqla izləməkdəyəm. Daha öncə də qeyd etdiyim kimi, heç bir siyasi düşüncə bu düşmənçiliyin qurbanı olan kişilərin, qadınların və uşaqların dəhşət və əzablarına haqq qazandıra bilməz.

Eyni zamanda xatırlatmaq istərdim ki, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinə nail olmaq həm Azərbaycan, həm də Ermənistanın Avropa Şurasına daxil olduqları zaman götürdükləri ortaq bir öhdəlikdir və bu öhdəliyə hörmətlə yanaşılmalıdır.

Nəhayət, ürəkdən ümid edirəm ki, hərbi döyüş əməliyyatları tezliklə sona çatacaq və Avropa Şurasının səylərini tam dəstəklədiyi ATƏT-in Minsk qrupunun himayəsi altında sülh danışıqları davam etdiriləcəkdir”.




Bölməyə aid digər xəbərlər
27-03-2024, 09:47 Macarlar Orbana etiraz edir

{sape_links}{sape_article}