Düşmən bu gün Tərtərə 69 top mərmisi atıb
Tarix: 31-10-2020 18:02 | Bölmə: Xəbərlər
Düşmən bu gün Tərtərə 69 top mərmisi atıb

Oktyabrın 31-də Ermənistan silahlı qüvvələri Tərtər şəhərini, ətraf qəsəbə və kəndləri atəşə tutub.

Məlumata görəı, gün ərzində düşmən tərəfindən rayon ərazisinə ümumilikdə 69 top mərmisi atılıb.

Sentyabrın 27-dən oktyabrın 31-dək Ermənistan silahlı qüvvələrinin bölmələri rayon ərazisinə ümumilkdə 15 571 top mərmisi atıb, 17 nəfər ölüb, 54 nəfər yaralanıb.

Nəticədə 887 evə ziyan dəyib, 134 ev, 32 yardımçı tikili, 2 sosial ev, 1 çoxmənzilli yaşayış binası, 3 istehsal obyekti, 11 ticarət obyekti, 2 inzibati bina və 2 ictimai-iaşə obyekti tamamilə dağılıb.

Bundan başqa, 64 çoxmənzilli yaşayış binasına, 67 yardımçı tikiliyə, 25 sosial obyektə, 1 abidəyə, 8 istehsal obyektinə, 3 su təchizatı obyektinə, 1 istilik təchizatı obyektinə, 28 ticarət obyektinə, 5 xidmət sahəsinə, 17 inzibati binaya, 10 məzar daşına ziyan dəyib/Report.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}