Xalq artisti Sabir Ələsgərov dünyasını dəyişib
Tarix: 20-11-2020 23:19 | Bölmə: Xəbərlər
Xalq artisti Sabir Ələsgərov dünyasını dəyişib

Azərbaycanın xalq artisti, tanınmış diktor Sabir Ələsgərov vəfat edib.

Reyting.az
-ın məlumatına görə, professor Qulu Məhərrəmli APA-ya deyib ki, Sabir Ələsgərovun bu gün 84 yaşında vəfat etdiyini bildirib:

"Sabir Ələsgərov bizim televiziyamızın və radiomuzun tarixində özünəməxsus dəsti-xətti olan, bir çox verilişlərin aparıcısı və diktor məktəbimizin çox parlaq nümayəndəsi kimi yaddaşlarda qalacaq".

Qeyd edək ki, Sabir Mәmmәd oğlu Ələsgərov 27 oktyabr 1936-cı ildə Tbilisidə anadan olub. 1961-ci ildə Azәrbaycan Pedaqoji Rus Dili vә Ədәbiyyatı İnstitutunu bitirib. Azәrbaycan Dövlәt Teleradio Verilişlәri Komitәsindә (indiki Azәrbaycan Televiziya vә Radio Verilişlәri QSC) fәaliyyәtә başlayan S. Ələsgərov 1966–72 illәrdә radionun, 1972–90 illәrdә televiziyanın baş diktoru, 1990–2006 illәrdә televiziyanın diktorlar şöbәsinin müdiri olub. "Xәbәrlәr" informasiya proqramının, "Sәadәt", "Günün nәbzi", "Sәfa" vә s. verilişlәrin daimi aparıcısı olub. Hökumәt tәdbirlәri vә bayram şәnliklәrindәn reportajların, dövlәt әhәmiyyәtli verilişlәrin hazırlanıb efirә verilmәsindә yaxından iştirak edib.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}