Nobel mükafatçısı 3 yaşlı Xədicəyə yardım ayırıb - Foto
Tarix: 23-11-2020 08:41 | Bölmə: Xəbərlər
Nobel mükafatçısı 3 yaşlı Xədicəyə yardım ayırıb

ABŞ-ın Şimali Karolina ştatında yaşayan dünyaca məşhur alim, kimya üzrə Nobel mükafatıçısı Əziz Sancar Ermənistanın 17 oktyabr tarixində Gəncəyə raket atəşi nəticəsində hər iki valideynini itirmiş Xədicə Röyal qızı Şahnəzərovanın gələcək təhsil xərclərinin ödənilməsi məqsədilə yaradılmış bank hesabına vəsait köçürüb.

Azərbaycanın ABŞ-dakı səfirliyindən verilən məlumata görə, Əziz Səncər BBC-də yayımlanmış xəbərə istinadla Xədicənin həyatında baş vermiş bu faciəvi hadisədən kədərləndiyini və müharibədən əziyyət çəkmiş bu kimi uşaqların yüksək səviyyədə təhsil almaları üçün müvafiq təhsil fondlarının yaradılmasının faydalı ola biləcəyini vurğulayıb.



Qeyd edək ki, erməni silahlı bölmələrinin oktyabrın 17-də gecə saatlarında Gəncə şəhərini raket atəşinə tutması nəticəsində Şahnəzərovlar ailəsinin yaşadığı ev dağılıb. Ermənistan ərazisindən atılan raketin yaratdığı dağıntılar altından ailənin yalnız bir üzvü - 2017-ci il təvəllüdlü Xədicə Şahnəzərova sağ çıxarılıb.

Azyaşlı qızın atası Röyal, anası Züleyxa və yaşyarımlıq bacısı Məryəm həlak olublar.

Reyting.az




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}