Ermənilərin Qarabağdakı baş yepiskopu ABŞ-a qaçıb
Tarix: 23-11-2020 11:34 | Bölmə: Xəbərlər
Ermənilərin Qarabağdakı baş yepiskopu ABŞ-a qaçıb

Erməni kilsəsinin Dağlıq Qarabağdakı baş yepiskopu Parqev Martirosyan həftələr sonra ortaya çıxıb.

Reyting.az
xəbər verir ki, özünü Dağlıq Qarabağ ermənilərinin “baş yepiskopu” kimi təqdim edən Martirosyan 44 günlük müharibənin ən qızğın çağında özünü din adamından çox hərbçi kimi aparıb.

Azərbaycan Ordusu tarixi Şuşa şəhərini işğalçılardan azad etdikdən sonra onun səsi Yerevandakı xəstəxanaların birindən gəlib. Martirosyanın təcili əməliyyata ehtiyacı olduğu bildirilirdi.

Amma bir müddət sonra - noyabrın 22-də Martirosyan Amerikaya qaçıb. Bu gün isə Qriqoryan kilsəsinin ən həyasz din xadimlərindən olan baş yepiskop özünün Feysbuk səhifəsində yeni fotosunu paylaşıb.

O, fotosuna “əməliyyatdan iki gün sonra arxiyepiskop Parqev” cümləsini yazıb. Bununla da ABŞ-da müalicə aldığını erməni publikasına nümayiş etdirib. Əslində isə Qarabağdakı separatçıların əsas ideoloqlarından olan Martrisoyanın ABŞ-a qaçdığı, bir daha geri qayıtmayacağı iddia edilir.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}