Azərbaycanda nikaha daxil olanlar azalıb - Statistika
Tarix: 23-11-2020 13:21 | Bölmə: Xəbərlər
Azərbaycanda nikaha daxil olanlar azalıb

2020-ci ilin yanvar-sentyabr aylarında Azərbaycanda 26312 nikah rəsmiləşib. Dövlət Statistika Komitəsinin hesabatına görə, bu, 2019-cu ilin doqquz ayı ilə müqayisədə 44,4 faiz azdır. Ötən ilin yanvar-sentyabr aylarında 46898 nikah bağlanmışdı.

Reyting.az
xəbər verir ki, azalmanın əsas səbəbi koronavirus pandemiyası fonunda tətbiq olunan toy qadağasıdır. Azərbaycanda toy mərasimləri martın 16-dan yasaqdır.

Novator.az bölgələr üzrə nikah göstəricilərinə də nəzər salıb.

On ayda Bakıda 6163, Sumqayıtda 750, Gəncədə 671 nikah qeydə alınıb.

Azı 300 nikahın bağlandığı digər bölgələr belə sıralanır:

Şəmkir – 612 nikah

Ağdam – 598

Sabirabad – 589

Tovuz – 567

Lənkəran – 520

Bərdə – 505

Quba – 496

Abşeron – 492

Şəki – 456

İmişli – 454

Ağcabədi – 452

Kürdəmir – 432

Xaçmaz – 422

Masallı – 421

Füzuli – 419

Salyan – 414

Cəlilabad – 403

Biləsuvar – 375

Saatlı – 346

Göyçay – 331

Beyləqan – 327

Yevlax – 327

Ağdaş – 319

Astara – 314

Şamaxı – 312

Zaqatala – 302.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}