16:23 / 16-04-2024
"Tiktoker Semka" həbs olunub
DİN-dən küçədə siqaret çəkilməsi ilə bağlı daha bir - Açıqlama
Tarix: 23-11-2020 15:36 | Bölmə: Xəbərlər
DİN-dən küçədə siqaret çəkilməsi ilə bağlı daha bir - Açıqlama

Daxili İşlər Nazirliyi (DİN) açıq havada siqaret qadağası ilə bağlı daha bir açıqlama verib.

DİN Mətbuat xidmətindən Reyting.az-a bildirilib ki, insanların sıx toplaşdığı yerlərdə, bankomat önündə, növbə sıralarında açıq havada maskanı çıxarıb siqaret çəkmək, su içmək, qida qəbul etmək olmaz:

"Amma parklarda, insanların sıx toplaşmadığı yerlərdə siqaret çəkmək, su içmək, qida qəbul etmək qadağan deyil. Lakin insanlara tövsiyə olunur ki, siqareti daha çox siqaret çəkmək üçün müəyyənləşdirilmiş yerlərdə çəksinlər. Küçədə, insanlardan kənarda siqaret çəkənlər cərimə olunmur. Sadəcə öncədən yayılan məlumatlar koronavirus pandemiyasının yayılmasının qarşısını almaq üçün tövsiyə xarakterli xəbərdarlıqlardır".




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}