11:52 / 19-04-2024
BDU tələbəsi intihar edib
10:39 / 19-04-2024
Bitcoin ucuzlaşıb
İtkin hərbçilərin valideynləri Paşinyanla görüşüb
Tarix: 24-11-2020 10:28 | Bölmə: Xəbərlər
İtkin hərbçilərin valideynləri Paşinyanla görüşüb

İtkin düşmüş erməni hərbçilərin valideynləri və qohumları Ermənistanın Baş naziri Nikol Paşinyanla görüşüblər. Erməni KİV-ləri xəbər verir ki, 25 valideyn və qohumun iştirakı ilə keçirilən görüş hökumət evində baş tutub.

Hökumət binasından çıxan hərbçilərdən birinin anası görüşün nəticələrindən çox məmnun olduğunu söyləyib.

Reyting.az xatırladır ki, Qarabağdakı hərbi əməliyyatlar zamanı itkin düşən əsgərlərin yaxınları dünən Müdafiə Nazirliyinin binası yaxınlığında mitinq keçiriblər. Onlar itkin düşən hərbçilər barədə məlumat verilməsini tələb ediblər. Baş nazirin müşaviri Nairi Sarkisyan onların qarşısına çıxaraq Qarabağda itkin düşən erməni əsgərlərinin axtarışı üçün idarələrarası komissiyanın yaradılmasından danışıb. N. Sarkisyan bildirib ki, Paşinyan ona şəxsi görüş keçirmək üçün valideynlərin siyahısını hazırlamağı tapşırıb.

Qeyd edək ki, bu, itkin düşmüş əsgərlərin valideynlərinin ilk hərəkəti deyil. Bundan əvvəl də onlar hərbi heyət haqqında məlumat vermək tələbi ilə Müdafiə Nazirliyinə toplaşmışdılar.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}