16:46 / 19-04-2024
İlham Əliyev Rusiyaya gedir
Nikol Paşinyan ümidini Minsk qrupuna bağlayıb
Tarix: 25-11-2020 11:55 | Bölmə: Xəbərlər
Nikol Paşinyan ümidini Minsk qrupuna bağlayıb

Ermənistan Baş naziri Nikol Paşinyan Dağlıq Qarabağla bağlı danışıqları davam etdirmək üçün ATƏT-in Minsk qrupunun tezliklə tam fəaliyyətə başlayacağına ümid edir.

Reyting.az
xəbər verir ki, Paşinyan bu barədə Rusiya mətbuatına müsahibəsində bildirib.

Baş nazir deyib ki, Rusiya prezidenti Vladimir Putinlə daima əlaqə saxlayır: “Bu yaxınlarda Fransa prezidenti Emmanuel Makronla da telefon danışığımız oldu. ABŞ-da indi seçki prosesidir. Ümid ediəm ki, ATƏT-in Minsk qrupunun həmsədrliyi tezliklə tam iş qabiliyyətini bərpa edəcək”.

Baş nazir qeyd edib ki, danışıqlar prosesi tezliklə bərpa olunmalıdır.

Qeyd edək ki, Azərbaycan tərəfi uğurlu hərbi əməliyyatlardan sonra artıq danışıqlara əsas görmür, xüsusilə Qarabağda hər hansı bir separatçı strukturun mövcudluğunu rədd edir.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}