Dünyada koronavirusa yoluxanların sayı sürətlə artır
Tarix: 26-11-2020 08:36 | Bölmə: Xəbərlər
Dünyada koronavirusa yoluxanların sayı sürətlə artır

Dünyada koronavirusa yoluxanların sayı son sutka ərzində 527 mindən çox artıb.

"TASS"ın məlumatına görə, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının gündəlik hesabatında deyilir.

Bildirilir ki, ötən sutka ərzində 527 326 nəfər yeni koronavirusa yoluxub, 9 989 nəfər isə dünyasını dəyişib. Yoluxanların ümumi sayı 59 481 313, ölənlərin isə 1 404 542 nəfərə çatıb.

Qeyd edək ki, Ümumdünya Səhiyyə Təşkilatının hesabatı yalnız rəsmi göstəricilər əsasında hazırlanır.

Reyting.az




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}