11:52 / 19-04-2024
BDU tələbəsi intihar edib
Xamnəi: "Fəxrizadənin qatilləri cəzalarını almalıdır"
Tarix: 28-11-2020 13:17 | Bölmə: Dünya
Xamnəi: "Fəxrizadənin qatilləri cəzalarını almalıdır"

İranın Ali lideri Ayətullah Xamnəi nüvə alimi Möhsün Fəxrizadənin ölümü ilə əlaqədar başsağlığı ismarışı yayıb.

Reyting.az
IRIB-ə istinadla xəbər verir ki, bəyanatda deyilir: “Ölkənin görkəmli nüvə və müdafiə sahəsi alimi cənab Möhsün Fəxrizadə cinayətkar və qəddar muzdlular tərəfindən şəhid edilib. Bu bənzərsiz elm xadimi böyük və davamlı elmi səylərinə görə Allah yolunda əziz və dəyərli bir yol keçib və yüksək şəhidlik məqamı onun ilahi mükafatıdır”.

Ayətullah Xamnəi İran səlahiyyətliləri qarşısında vacib məsələlər qoyub: “İki mühüm məsələ ciddi şəkildə gündəmə gətirilməlidir:

birincisi, bu cinayətin təqibi, cinayətkarların və başçılarının qəti şəkildə cəzalandırılması;

ikincisi, şəhidin məşğul olduğu bütün sahələrdə elmi və texniki səylərin həyata keçirilməsi”.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}