16:46 / 19-04-2024
İlham Əliyev Rusiyaya gedir
Bərdədə daha iki koronavirus xəstəsi saxlanılıb
Tarix: 30-11-2020 12:37 | Bölmə: Xəbərlər
Bərdədə daha iki koronavirus xəstəsi saxlanılıb

Bərdə Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən həyata keçirilmiş tədbirlər nəticəsində COVİD-19 xəstələri kimi qeydiyyatda olan rayon sakinləri – X. Aslanov və N. Rəsulovun yaşadıqları evləri tərk edərək karantin qaydalarını kobud şəkildə pozduqları müəyyən edilib.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Bərdə regional qrupundan Reyting.az-a verilən məlumata görə, həmin şəxslər müəyyən edildikləri ərazidən polis əməkdaşlarının müşayiəti ilə müalicə aldıqları ünvanlara aparılıblar.

Hər iki şəxslə proflaktiki mövzuda söhbətlər aparılıb, təyin edilmiş müalicənin davam etdirilməsi üçün evdə qalmaqlarının zəruruliyi onların diqqətinə çatdırılıb. Bərdə RPŞ-nin İstintaq bölməsində araşdırma aparılır.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}