07:49 / 25-04-2024
Kuba prezidenti etiraz edir
Erməni vitse-spiker Azərbaycanı ittiham edir
Tarix: 30-11-2020 16:20 | Bölmə: Xəbərlər
Erməni vitse-spiker Azərbaycanı ittiham edir

“Dağlıq Qarabağdakı vəziyyətin həlli məsələsinə siyasətçiləri və bütün maraqlı tərəfləri cəlb etmək lazımdır”.

Reyting.az
xəbər verir ki, bu sözləri Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) Palament Assambleyasının sədri, Rusiya Dövlət Dumasının spikeri Vyaçeslav Volodiin təşkilatın iclasında deyib.

Məlumata görə, toplantıda Ermənistan parlamentinin sədr müavini Alen Simonyan Azərbaycanı hərbi əsir mübadiləsini süni şəkildə təxirə saldığını iddia edib. Bildirib ki, bu prosesin atəşkəs bəyannaməsinin imzalanmasından sonra başlanılacağı qeyd edilib: “Bu gün bu məsələ təcili həll tələb edən ən ağırlı məsələdir”.

KTMT-nin Parlament Assambleyasının sədri V. Volodin KTMT Baş ktibinin bu məsələyə qarrışmasını istəyib.

“Münaqişə, Dağlıq Qarabağ ətrafında baş verən faciə ilə əlaqəli problemləri aradan qaldırmaq üçün vəziyyətin həll məsələlərinin siysətçilərin və bütün maraqlı tərəflərin iştirakı ilə yerinə yetirilməsi üçün hər şeyi edək”,- Rusiya Dövlət Dumasının sədri bildirib.

Xatırladaq ki, KTMT-nin Parlament Assambleyasının XIII plenar iclası bu gün video-konfrans rejimində baş tutub.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}