14:16 / 24-04-2024
Nəzir - Akif Abbasov yazır
Lavrovdan Qarabağla bağlı növbəti - Açıqlama
Tarix: 01-12-2020 19:22 | Bölmə: Xəbərlər
Lavrovdan Qarabağla bağlı növbəti - Açıqlama

​​​​​​​“Qarabağda hərbi əsirlərin və həlak olanların meyitlərinin mübadiləsinin qəsdən gecikdirilməsi məsələsi yoxdur”.

Bu barədə Rusiyanın xarici İşlər naziri Sergey Lavrov iclasın yekunlarına dair mətbuat konfransında bildirib.

Lavrov deyib ki, bu prosesi uzatmaq üçün qəsdən hansısa addımların atılmasından danışmaq çətindir: “Biz bunu görmürük. Lakin obyektiv çətinliklər var və bu, faktıdr. Ümid edirəm ki, bu, tezliklə həll olunacaq. Qarabağdakı relyefi nəzərə alaraq atəş dayandırılan kimi bu məsələlərlə məşğul olmaq çox çətin idi, üstəlik, itkin düşmüş hesab olunanların dəqiq siyahısı olmadan. Ümid edirik ki, Beynəlxalq Qızıl Xaç Komitəsindən mütəxəssislərin cəlb olunması ilə məsələ tezliklə həll olunacaq. Sülhməramlılarımız da imkanları daxilində əlbəttə ki, buna yardım edəcəklər”/APA.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}