14:16 / 24-04-2024
Nəzir - Akif Abbasov yazır
Rusiya səfirliyinin avtomobili partladılıb
Tarix: 01-12-2020 22:30 | Bölmə: Xəbərlər
Rusiya səfirliyinin avtomobili partladılıb

Rusiyanın Əfqanıstandakı səfirliyinin avtomobili Kabildə partladılıb. Reyting.az Rusiya KİV-lərinə istinadla xəbər verir ki, hadisə Çərşənbə axşamı baş verib. Əldəqayırma partlayıcı ilə törədilən partlayış zamanı səfirliyin əməkdaşları yüngül xəsarətlər alıblar.

Rusiya Xarici İşlər Nazirliyinin nümayəndəsi Mariya Zaxarova deyib ki, dekabrın 1-də Rusiya diplomatik nümayəndəliyinin avtomobili Kabuldakı Rusiya səfirliyinin kompleksi yaxınlığında yol boyu hərəkət edərkən əldəqayırma partlayıcı qurğu işə salınıb və avtomobildəkilər yüngül beyin sarsıntısı keçiriblər.

M. Zaxarovanın şərhində bildirilir, hücumun hədəfi diplomatik avtomobilin qarşısında hərəkət edən və hərbçiləri daşıyan Əfqanıstan Milli Təhlükəsizlik Qüvvələrinin nəqliyyat vasitəsi olmalı idi, lakin Rusiya vətəndaşlarına qarşı hücumun istiqaməti də istisna edilə bilməz.

Bu baxımdan Zaxarova əfqan tərəfdən hadisəni hərtərəfli araşdırmağı və Əfqanıstandakı Rusiya nümayəndəliyi işçilərinin təhlükəsizliyini təmin etmək üçün hərtərəfli tədbirlər görməsini istəyib.

M. Zaxarova əlavə edib ki, Rusiyanın Kabildəki səfirliyi diplomatik nümayəndəliyin personalı və obyektlərinin qorunma dərəcəsini artırmaq üçün əlavə tədbirlər görür.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}