17:38 / 28-03-2024
Əməkdar artist vəfat edib
Həkim: “Ev şəraitində müalicə olunmaq təhlükəlidir"
Tarix: 02-12-2020 14:45 | Bölmə: Xəbərlər
Həkim: “Ev şəraitində müalicə olunmaq təhlükəlidir"

“Ev şəraitində müalicə olunmaq təhlükəlidir. Hər bir xəstə şəxs ətrafdakılarını qorumalıdır. Hər bir evdəki şəxs də müalicə olunan xəstəyə ehtiyatla yanaşmalıdır”.

Bu sözləri Azərbaycan Tibb Universitetinin professoru Akif Qurbanov Nazirlər Kabineti yanında Operativ Qərargahın bu gün keçirilən brifinqində deyib: "Təəssüflər olsun ki, vətəndaşlar bu xəstəlik haqqında informasiyalara bir o qədər də malik deyil. Bəzən insanlar KT-dən keçən zaman görür ki, ciyərlərində bir problem yoxdur və deyir ki, xəstə deyil. Hamı bilməlidir ki, biz xəstliyin sonuna qədər ciyərlərdə hər hansı bir zədənin olmadığını görə bilərik. Bəzən həkimlər belə düzgün olmayan istiqamətləndirmə aparırlar. Bəzən xəstəlik simptomsuz da keçir. Hər birimiz soyuqdəymə keçirən zaman sanki yoluxmuşuq kimi fikirləşməliyik. Onda həkimə müraciət edib diaqnozu dəqiqləşdirmək olar”.




Bölməyə aid digər xəbərlər
27-03-2024, 09:47 Macarlar Orbana etiraz edir

{sape_links}{sape_article}