16:46 / 19-04-2024
İlham Əliyev Rusiyaya gedir
Silahlı Qüvvələr Fonduna daxil olan vəsait açıqlanıb
Tarix: 04-12-2020 20:55 | Bölmə: Xəbərlər
Silahlı Qüvvələr Fonduna daxil olan vəsait açıqlanıb

Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 17 avqust tarixli 755 nömrəli Fərmanı ilə təsdiq edilmiş Silahlı Qüvvələrə Yardım Fonduna bu ilin dekabr ayının 1-dək 210.625.007,86 AZN, 11.171.613,65 ABŞ dolları, 181.319,42 avro, 495.561,33 türk lirəsi, 1.844,72 ingilis funt sterlinqi və 5.398.550,00 rubl vəsait daxil olub.

Bu barədə məlumatı Azərbaycanın Müdafiə Nazirliyi yayıb.

Qeyd edək ki, noyabrın 1-dən dekabrın 1-dək Silahlı Qüvvələrə Yardım Fonduna 12.611.973,40 AZN, 175.507,81 ABŞ dolları, 15.723,23 avro, 40 türk lirəsi, 550 ingilis funt sterlinqi və 336.000,00 rubl vəsait daxil olub.

Müdafiə Nazirliyinin rəhbərliyi maddi və mənəvi dəstəyini əsirgəməyən hər kəsə öz minnətdarlığını bildirir.

Reyting.az




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}