16:46 / 19-04-2024
İlham Əliyev Rusiyaya gedir
Putinlə görüş Kremlin hansı zalında baş tutub?
Tarix: 12-01-2021 16:31 | Bölmə: Xəbərlər
Putinlə görüş Kremlin hansı zalında baş tutub?

Kremldə keçirilən Putin-Əliyev-Paşinyan görüşünün baş tutduğu zal sosial şəbəkələrdə ciddi müzakirə doğurub.

Reyting.az
xəbər verir ki, bir çoxları konspiroloji nəticələrlə Qarabağla bağlı danışıqların getdiyi məkanda hansısa təhqiredici, alçaldıcı eyhamlar axtarıblar, halbuki həmin salonda Rusiya prezidenti mütəmadi olaraq müxtəlif ölkələrin rəsmiləri ilə təkbətək və geniş tərkibli görüşlər keçirib.

Bu məkan haradır, Kremldə o, necə adlanır?

Kremlin ərazisindəki təntənəli tikili – Senat Sarayı 1776-1787-ci illərdə rus memarı Matvey Kazakovun memarlıq əsəridir. Onu imperatriça Böyük Yekaterina sifariş verib və klassik üslubda tikilib.

Hazırda Senat Sarayı Rusiya prezidentinin işgüzar iqmətgahıdır.

Senat Sarayının inşasına 1776-cı ildə II Yekaterinanın əmri ilə başlanıb. Başlanğıcda, bina Moskva əyalətinin zadəganlarının iclaslarının keçirilməsi üçün nəzərdə tutulmuşdu, lakin zadəganlar Sankt-Peterburqa köçürüləndən sonra binaları knyaz Trubetskoy və Baryatinskidən alaraq Kremlə qatıblar.

1856-cı ildə təmirdən sonra bina yerli idarəetmə orqanlarına ev sahibliyi edib: Bölgə Məhkəməsi, Ədalət Məhkəməsi, Torpaq Sicil İdarəsi və digər qurumlar və saray Moskva məhkəmə qurumlarının binası kimi tanınıb. Binanın günbəzinə imperatorluq ədalətinin simvolu - çar tacı olan bir sütun və "Qanun" yazısı qoyulub.

1918-ci ilin martında Vladimir Senat Sarayına, Lenin keçmiş çar prokurorunun üçüncü mərtəbədəki mənzilinə köçüb. Siyasi Büro və Xalq Komissarları Şurası qonşuluqdakı məkanı tutub. 1955-ci ildə Leninin keçmiş ofisində muzey yaradılıb.
1994-cü ildə Senat binasının yenidən qurulması və orada Rusiya prezidentinin iqamətgahının yerləşdirilməsi ilə əlaqədar Rusiya Federasiyası Hökumətinin əmri ilə muzey kolleksiyası Dövlət Tarix Muzeyi Qoruğuna verilib.

Yeri gəlmişkən, 1932-ci ildə İosif Stalin sarayın birinci mərtəbəsindəki beşotaqlı bir mənzilə sahib olub. 1985-ci ildə Mixail Qorbaçov üçüncü mərtəbədəki mənzilə köçüb.

Senat Sarayının ən böyük zalı II Yekaterinanın adını daşıyır. Burada adətən, təntənəli mərasimlər keçirilir. Kiçik və ya Oval zal görüş məkanıdır. Putin-Əliyev-Paşinyan görüşü məhz burada baş tutub.

Sarayda 4 rus çarının heykəli var: I Pyotr, II Yekaterina, I Nikolay və II Aleksandr. Bundan başqa, binada xeyli bahalı klassik rəsm əsəri və mebel var.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}