11:52 / 19-04-2024
BDU tələbəsi intihar edib
10:39 / 19-04-2024
Bitcoin ucuzlaşıb
44 günlük birliyin əsası - İnstitut rəhbəri yazır
Tarix: 14-01-2021 16:22 | Bölmə: Xəbərlər
44 günlük birliyin əsası

Hər bir xalqın, cəmiyyətin inkişafında və idarə olunmasında ideologiya əsas yer tutur. İstər sovet dönəmində olan ideologiya, istərsə də müasir dövrümüzdəki dünyavilik ideologiyası olsun - bunların hamısı cəmyyəti idarə etmək və məqsədə çatmaq üçün bir vasitədir.

Reyting.az
xəbər verir ki, bunu Strateji Planlaşdırma və Araşdırmalar İnstitutunun rəhbəri Azad Məsiyev yazıb.

A. Məsiyevin xalqımızın birlik və bərabərliyinin ideoloji əsasları haqqında düşüncələrini oxucularımıza təqdim edirik:

Hər bir xalqın özünəməxsus adət-ənənələri, dini dəyərləri, mentaliteti olmaqla yanaşı, daxili və xarici problemləri var. Bu baxımdan cəmiyyətin ideologiyası formalaşdırılanda qeyd etdiyimiz amillər nəzərə alınmalıdır.

Ərazilərimizin iyirmi faizi Ermənistan silahlı qüvvələri tərəfindən işğal edildiyi zaman xalqımızı birləşdirən bir amal vardı: torpaqlarımızın işğaldan azad edilməsi. 44 günlük müharibə bu birliyi bir daha sübut etdi. Siyasi baxışlarından, mövqeyindən asılı olmayaraq torpaqlarımızın azad edilməsi və Qarabağa azadlıq ideyası cəmiyyəti birləşdirdi. Artıq Ermənistan, Azərbaycan Dağlıq Qarabağ münaqişəsi həm de-yure, həm də de-fakto həll olunmuş münaqişə sayıla bilər.

Azərbaycan ərazisində yaşayan bütün millətlər Qarabağ probleminin həllində çoxsaylı şəhidlər verdi, qazilər oldu. Qarabağın azadlığı uğrunda mübarizə xalqımızın milli birliyinin bariz nümunəsidir. Xalqımızı bu mübarizədə səfərbər edən, çoxsaylı millətləri birləşdirən, mübarizlik əzmini yüksəldən Azərbaycançılıq ideologiyası idi. Məhz bu baxımdan Azərbaycançılıq ideologiyası həm ölkə daxilində millətlərin birliyini, bərabərliyini və tolerantlığını təmin edən, həm də xaricdə yaşayan soydaşlarımızın birliyini təmin edə biləcək optimal ideoloji konsepsiyadır. Bu konsepsiya nəzəri və praktiki olaraq iştimailəşməli və inkişaf etdirilməlidir ki, gələcək hədəfələrimizə çata bilək.

Qeyd edim ki, Azarbaycan xalqı dərin, qədim kökləri özündə daşıyır, bu xalq müxtəlif millətlərə məxsus olan adət-ənənələri özündə əks etdirən xüsusiyyətlərə malikdir. Hər bir xalqın böyüklüyü o xalqı təmsil edən millətlərin, etniklərin, etnosların müxtəlilifyi ilə bağlıdır. Respublikamızda yaşayan müxtəlif adət-ənənələrə, müxtəlif dillərə və dinlərə məxsus insanları birləşdirən Azərbaycançılıq ideyası ətrafında sıx birləşməkdədir. Bu ideya bəşəri dəyərləri özündə əks etdirən mütərəqqi düşüncəyə cevrilməkdədir.

İstər xaricdə yaşayan soydaşlarımız, istərsə də vətəndaşlarımız bu nəzəriyyəni mənimsəməli, bunun mahiyyəti praktiki izah olunmalı və dövlət səviyyəsində inkişaf etdirilməlidir.

Tarixən cəmiyyətlərin inkişafında ideoloji amillər xüsusi rol oynayıb. Qeyd etmək yerinə düşər ki, ideologiya cəmiyyəti idarə etmək, məqsədə çatmaq üçün bir konsepsiyadır.

Hər bir xalqın ideologiyası o xalqın intellektual inkişafını, mənəvi dəyərlərini özündə əks etdirir. İdeologiya cəmiyyət üçün bir mayak rolunu oynamalıdır. İdeologiyası olmayan cəmiyyətlərdə xaos, qeyri-müəyənlik hökm sürür, həmin cəmiyyət xarici qüvvələrin təsiri altına daha tez düşür və asanlıqla idarə olunur.

Azərbaycançılıq ideyası təkcə respublika daxilində deyil, həm də xaricdə yaşayan soydaşlarımızı birləşdirəcək bir konsepsiyaya çevrilməkdədir. 44 günlük müharibədə göstərdi ki, Azərbaycançılıq ideologiyası cəmiyyətimizin birliyinin əsasını təşkil etdi və həmin günlərdə respublikamızda yaşayan bütün millətlər bir amal uğrunda Vətən müharibəsinə qoşuldu, ayrı-seçkiliyə yol verilmədi.

İnsanların şüuründa ideologiyanın formalaşması və inkişafı üçün bir çox amillər vardır, onlardan biri də zamandı, bir xalq kimi formalaşmaq üçün şurumuzda mürtəce düşüncədən uzaqlaşmalı və mürtərəqqi dəyərləri inkişaf etdirmək vacibdir.

Dünyanın bir çox ölkələrində çoxsaylı azərbaycanlılar yaşayır. Bu insanların siyasi əqidəsindən asılı olmayaraq onları birləşdirmək, vahid bir amala xidmət etmək strateji məqsədlərdən biri olmalıdır. Azərbaycançılıq ideologiyasını qəbul edən və bu yolda fəaliyyətini quran başqa ölkənin vətəndaşı olsa belə, onu Azərbaycan Respublikasının vətəndaşı hesab etmək lazımdır. Bunun üçün hüququ baza yaradılmalıdır ki, belə soydaşlarımız ölkəmizə bağlı olsunlar, dövlətimizin xarici və daxili siyasi maraqlarını müdafiə etməyi mənəvi borcları saysınlar.

Bir misal çəkmək yerinə düşər, xaricdə fəaliyyət göstərən erməni və ya yəhudi diaspora təmsilçilərinin ölkələrinə mənəvi bağlılığı onları vadar edir ki, mənsub olduqları xalqın mənafeyini hər yerdə müdafiə etsinlər. Bu istiqamətdə onlar maddi və mənəvi imkanlarını tam səfərbər edirlər. Dünyada yaşayan azərbaycanlıların ölkəmizə, vətənimizə maddi maraqlarla deyil, ideoloji dəyərlərlə bağlılığını təmin etmək daha məqsədəuyğun olardı.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}