İlham Əliyev 38 il əvvəl çəkdirdiyi fotonu Şuşaya aparıb
Tarix: 15-01-2021 12:31 | Bölmə: Xəbərlər
İlham Əliyev 38 il əvvəl çəkdirdiyi fotonu Şuşaya aparıb

Prezident İlham Əliyev Şuşaya səfəri zamanı uzun illər əvvəl çəkdirdiyi tarixi fotonu da özü ilə aparıb.

Reyting.az
xəbər verir ki, İ. Əliyev həmin fotonu əlində tutaraq məhz onun çəkildiyi yerdə nümayiş etdirib.

Bildirək ki, foto 1982-ci il iyul ayının 29-u Şuşa şəhərində çəkilib. Həmin dövrdə Azərbaycan KP MK-nın 1-ci katibi olan Heydər Əliyev bir qrup mədəniyyət və incəsənət xadimi ilə Şuşada keçirilən Vaqif poeziya günlərində iştirak edib. Bu şəkil də tədbir ərəfəsində Şuşa şəhərinin gəzintisi zamanı lentə alınıb.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}