Erməni müxalifəti mübarizə taktikasını dəyişir
Tarix: 15-01-2021 13:37 | Bölmə: Xəbərlər
Erməni müxalifəti mübarizə taktikasını dəyişir

Baş nazir Nikol Paşinyanın istefasını tələb edən, amma uğurlu nəticə əldə edə bilməyən Ermənistanın millətçi-revanşist qüvvələri yeni taktikaya əl atır.

Reyting.az
xəbər verir ki, bunu revanşistlərin birləşdiyi “Vətənin Xilası Hərəkatı”nın addımları göstərir.

Hərəkatda təmsil olunan Vətən Partiyasının funksioneri Arsen Babayan deyib ki, bu gün müxalifətin vahid namizədi Vazgen Manukyanın bölgələrə səfəri planlaşdırılır.

Vazgen Manukyanın ilk səfəri Şirak bölgəsinə olacaq. Daha sonra Gümrü şəhərinə gedəcək. Gümrü həm də Manukyanın vətəni sayılır və son illərin siyasi təcrübəsi göstərir ki, Yerevandan sonra ən çox insanın aksiyaya çıxdığı şəhər Gümrüdür.

Manukyan Vanadzora da səfər edəcək. Daha sonra isə digər regionlara.

Yeri gəlmişkən, Vazgen Manukyan bölgələrə tək səfər etməyəcək, onu hərəkatda təmsil olunan siyasi qüvvələrin nümayəndələri də müşayiət edəcəklər.

Əslində isə son üç ayda Ermənistanda müşahidə edilən siyasi proseslər əsasən özünü Yerevanda göstərib. Müxalifət də paytaxtda fəallıq nümayiş etdirib.

İkinci ciddi narazılıq isə Sünik bölgəsində qeydə alınıb ki, bu, daha çox Azərbaycan-Ermənistan dövlət sərhədlərinin delimitasiyası ilə əlaqədardır.

İndiki halda erməni revanşist müxalifəti Paşinyanın istefası tələbi ilə Ermənistanın bölgələrinə gedirlər. Paytaxtda siyasi uğur qazana bilməyən müxalifət regionları “qaynatmaqla” N. Paşinyana təzyiqlərini gücləndirmək istəyirlər.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}