Daha iki şəhidimiz Gəncədə dəfn edilib - Fotolar
Tarix: 20-01-2021 16:26 | Bölmə: Xəbərlər
Daha iki şəhidimiz Gəncədə dəfn edilib

Vətən müharibəsində şəhid olan Kazımov Xuduş Həsən oğlu və Məmmədov İlkin Cəmil oğlu Gəncədə dəfn olunublar.

Reyting.az
APA-ya istinadla xəbər verir ki, 44 günlük Vətən müharibəsində Murov istiqamətində gedən döyüşlərdə qəhrəmancasına şəhid olan Azərbaycan Ordusunun əsgərləri - 1988-ci il təvəllüdlü Kazımov Xuduş Həsən oğlu və 1992-ci il təvəllüdlü Məmmədov İlkin Cəmil oğlunun nəşi Gəncə şəhərinə gətrilib.

Hər iki şəhidlə onların yaşadığı evdə vida mərasimi keçrilib.

Daha sonra əsgərlərimizin nəşi Gəncədəki Şəhidlər xiyabanına aparılıb. Şəhidlərlə vida mərasimində ailəiləri, Gəncə şəhər icra hakimiyyətinin başçısı Niyazı Bayramov, Türkiyənin Gəncədəki baş konsulu Zəki Öztürk, hüquq-mühafizə orqanlarının əməkdaşları, hərbçilər və şəhər ictimaiyyəti iştirak edib.

Şəhidlər X. Kazımov və İ.Məmmədov Gəncə Şəhidlər xiyabanında torpağa tapşırılıb.

Qeyd edək ki, X. Kazımov və İ. Məmmədov Vətən müharibəsində itkin düşən 50 hərbçidən idi.

Allah rəhmət eləsin!
















Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}