16:46 / 19-04-2024
İlham Əliyev Rusiyaya gedir
Sərhədlərin delimitasiyası Zəngəzurdan başlayacaq - Foto
Tarix: 20-01-2021 18:45 | Bölmə: Xəbərlər
Sərhədlərin delimitasiyası Zəngəzurdan başlayacaq

Azərbaycanla sərhədlərin delimitasiyası yaxın vaxtlarda Sünik (Zəngəzur) bölgəsindən başlayacaq.

Reyting.az
xəbər verir ki, bunu Ermənistan Baş nazirinin müavini Tiqran Avinyan bu gün Ermənistan parlamentində deputatların suallarına cavab verərkən bildirib.

Baş nazirin müavini əlavə edib ki, Gorusdan Qafana gedən və qismən Azərbaycanın nəzarətinə keçən sərhəd hissələri hazırda təhlükəsizdir.

“Yollar Ermənistan və Rusiya sərhədçiləri tərəfindən idarə olunur və bu günə qədər heç bir fövqəladə vəziyyət olmayıb. Sərhədçilərin yerləşdirilməsi prosesi demək olar başa çatıb. O zaman sərhədin son delimitasiya və demorkasiyası ilə bağlı danışıqlara keçməliyik”,- Avinyan bildirib.


T. Avinyan

Baş nazirin müavini qeyd edib ki, uzun müddət vəd edən danışıqlar zamanı təhlükəsizlik mühiti bir daha qiymətləndiriləcək: “Ermənistan-Azərbaycan sərhədi boyunca təhlükəsiz mühit var”.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}