Ötən il ölkəmizdə 3106 əkiz, 117 üçəm doğulub
Tarix: 21-01-2021 10:00 | Bölmə: Xəbərlər
Ötən il ölkəmizdə 3106 əkiz, 117 üçəm doğulub

Ötən ilin 11 ayı ərzində Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən 116 454 doğulan körpə qeydə alınıb.

Dövlət Statistika Komitəsinin məlumatına görə, bu göstərici əhalinin hər 1 000 nəfərinə 12,7 təşkil edib.

Doğulanların 53,3 faizi oğlan, 46,7 faizi isə qız uşaqlarıdır. Körpələrdən 3106-sı əkiz, 117-si üçəm, 4-ü isə dördəm doğulanlardır.

Reyting.az




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}