Prokurorluq Bakıdakı intiharla bağlı məlumat yayıb
Tarix: 20-02-2021 22:44 | Bölmə: Xəbərlər
Prokurorluq Bakıdakı intiharla bağlı məlumat yayıb

Bəzi sosial şəbəkə səhifələrində fevralında 19-da Bakıdakı çoxmərtəbəli binanın 20-ci mərtəbəsindəki mənzilin eyvanından özünü ataraq intihar edən S. Atakişiyevanın şəxsi yazışmalarını əks etdirən fotoşəkil və informasiyalar yayılıb.

Baş Prokurorluğun Mətbuat xidmətindən bildirilib ki, bununla bağlı araşdırmalar aparılır.

Baş Prokurorluq bildirir ki, yayılmış foto və məlumatlar üzrə Xətai Rayon Prokurorluğunda hərtərəfli araşdırmaların aparılması təmin ediləcəkdir.

Qeyd edək ki, 20 yaşlı S. Atakişiyeva Yeryemenko küçəsindəki çoxmərtəbəli binanın 20-ci mərtəbəsindəki mənzilin eyvanından özünü ataraq intihar edib. O, evin həyətində olan avtomobilin üzərinə düşüb.

Reyting.az




Bölməyə aid digər xəbərlər
27-03-2024, 09:47 Macarlar Orbana etiraz edir

{sape_links}{sape_article}