16:46 / 19-04-2024
İlham Əliyev Rusiyaya gedir
Jurnalistlərə sürücülük vəsiqəsi kimi vahid vəsiqə verilə bilər
Tarix: 22-02-2021 15:37 | Bölmə: Xəbərlər
Jurnalistlərə sürücülük vəsiqəsi kimi vahid vəsiqə verilə bilər

“Düşünürük ki, hazırda jurnalist olmaq üçün ali təhsil kifayətdir. Bizim təhlillərimiz onu göstərir ki, bu gün media nümayəndəsi olduğunu iddia edən hər bir şəxsin cibində jurnalist vəsiqəsi var. Jurnalistlərimiz və media subyektlərimiz bundan böyük bir narahatlıq keçirirlər”.

Bunu Medianın İnkişafı Agentliyinin (MEDİA) İcraçı direktoru Əhməd İsmayılov “Real TV”yə müsahibəsində deyib.

“Jurnalist işləmədən cibində hər hansı bir vəsiqə gəzdirənlər, cəmiyyətimizin içərisində fəaliyyət göstərən insanlar da var. Amma indiki halda onların jurnalist olub-olmamasını müəyyən etmək mümkün deyil. Ona görə də jurnalistlərə sürücülük vəsiqəsi kimi vahid vəsiqənin verilməsi təklifləri ilə çıxış edə bilərik və “Media haqqında” yeni qanun layihəsinin hazırlanması prosesində bunu müzakirə edəcəyik”,- o bildirib/Report.

Ə.İsmayılov deyib ki, “Kütləvi İnformasiya Vasitələri haqqında” qanundan fərqli olaraq “Media haqqında” yeni qanun layihəsi Azərbaycanda media subyektlərinin bütün dairəsini əhatə edəcək.

Onun sözlərinə görə, yeni qanun layihəsi audiovizual, çap, onlayn medianı əhatə edəcək: “Onlayn və çap media ilə bağlı kriteriyalar müəyyən olunacaq. Bundan əlavə audivizual mediaya lisenziyaların verilməsi, onlar barəsində reysterin aparılması yeni qanun layihəsində əksini tapacaq”.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}