07:49 / 25-04-2024
Kuba prezidenti etiraz edir
Xalq artisti Əlibaba Məmmədovun qızı vəfat edib
Tarix: 22-02-2021 15:43 | Bölmə: Xəbərlər
Xalq artisti Əlibaba Məmmədovun qızı vəfat edib

Xalq artisti Əlibaba Məmmədova ağır itki üz verib.

Reyting.az
axşam.az-a istinadla xəbər verir ki, xanəndənin qızı vəfat edib.

Əlibaba Məmmədov deyib ki, böyük qızı 1 aydan çoxdur ki, rəhmətə gedib: “Həkim idi. Amma koronavirusdan rəhmətə getməsi barədə deyilənlər yalandır. Atalar övlad çiynində o biri dünyaya yola salınar, amma məndə əksinə oldu.

Qızımın 70 yaşı var idi. Dünyaya gələn bir gün getməlidir də. Kim qalacaq ki? Mənim də 92 yaşım var, bu gündən mənim üçün də olacaq. Başsağlığınıza görə təşəkkür edirəm. Allah sizi, əzizlərinizi qorusun”.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}