Prezident: "Status haradadır, onu hər kəs bilir”
Tarix: 26-02-2021 12:10 | Bölmə: Xəbərlər
Prezident: "Status haradadır, onu hər kəs bilir”

“Öz çıxışlarımda statusun ünvanını göstərmişəm. Bir daha ora qayıtmaq istəmirəm. Status haradadır, onu hər kəs bilir”.

Reyting.az
xəbər verir ki, bu sözləri Azərbaycan Prezidenti İlham Əliyev bu gün yerli və xarici jurnalistlər üçün videoformatda keçirdiyi mətbuat konfransında deyib.

“Hesab edirəm ki, Ermənistan və erməni xalqı üçün bu, nə qədər az dilə gətirilərsə, o qədər də yaxşı olar. Çünki Ermənistan və erməni xalqına yanlış vədlər vermək lazım deyil. Onları bax bu günə salan səbəblərdən biri də məhz bu idi: xülya, iddia, əsassız istəklər idi. Bu istəklərə rəvac verən bəzi xarici ölkələrin siyasətçiləri də erməni xalqının bu rəzil duruma salınmasında öz rolunu oynayıblar. Ona görə də status məsələsi ümumiyyətlə gündəlikdən çıxarılmalıdır. Dağlıq Qarabağ Azərbaycanın əzəli torpağıdır. Faktiki olaraq biz bu gün ümumiyyətlə Dağlıq Qarabağ ifadəsini də işlətməməliyik. Qarabağ – aranlı, dağlı – Azərbaycanın ayrılmaz hissəsidir. Onun bir hissəsində erməni xalqı yaşayır, biz buna etiraz etmirik. Baxmayaraq ki, erməni əhalisi ora XIX əsrin əvvəlində köçürülmüşdü. Biz etiraz etmirik. Bizim başqa yerlərimizdə də erməni əhalisi yaşayır və heç bir problem yaşanmır. Ona görə də statusla bağlı hesab edirəm ki, əgər kimsə bu gün bu məsələni qaldırırsa, sülhə yox, daha çox qarşıdurmaya xidmət göstərir".

 Prezident deyib ki, Ermənistan mənasız xülyalardan əl çəkməlidir.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}