Keçmiş futbolçu qətlə yetirilib - Foto
Tarix: 14-04-2021 18:26 | Bölmə: Xəbərlər
Keçmiş futbolçu qətlə yetirilib

Latviyanın paytaxtı Riqada keçmiş futbolçu Roman Bezzubov güllələnərək qətlə yetirilib.

Reyting.az
xəbər verir ki, polis cinayətdə ən azı iki nəfərin iştirak etdiyini müəyyənləşdirib.

Onların “BMW X5” markalı avtomobildən atəş açaraq, hadisə yerini tərk etdikləri bildirilib.

Qeyd edək ki, ölkəsinin "Politsiya", "Dauqava", "Venta" və "Yurmala" klublarında çıxış etmiş veteran futbolçu 300-dən artıq oyun keçirib. O, karyerasını başa vurduqdan sonra futbol agenti kimi çalışırdı.(Report)





Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}