16:23 / 16-04-2024
"Tiktoker Semka" həbs olunub
Türk mafiyasının 49 üzvü həbsxanaya göndərilib
Tarix: 16-04-2021 15:04 | Bölmə: Xəbərlər
Türk mafiyasının 49 üzvü həbsxanaya göndərilib

İstanbul polisinin aprelin 9-da keçirdiyi əməliyyat nəticəsində Səadət Pekerin lideri olduğu mafiyanın 49 üzvü ilə bağlı qərar verilib.

Reyting.az
-ın məlumatına görə, Türkiyənin ən kriminal şəxslərindən sayılan Pekerə yaxın 49 nəfərin polis idarəsində prosedur qaydaları tamamlandıqdan sonra İstanbul Anadolu Ədliyyə Sarayına göndəriliblər.

Qeyd edək ki, İstanbul polisinin yeddi rayonda keçirdiyi əməliyyatla Pekerin liderlik etdiyi cinayətkar şəbəkənin 54 üzvü saxlanılıb.

Şübhəlilərdən dördü dərhal ədliyyə orqanlarına gətirilərək, növbətçi məhkəmə tərəfindən barələrində qərar verilib. Hətta bu prosesin davamı olaraq Maltepe bələdiyyəsinin bir nümayəndəsi və daha bir iş adamı həbs edilib.

Koronavirus testi pozitiv çıxan bir şübhəli haqqına isə karantinə alınmaq və ayrıca saxlanılması haqda qərar qəbul olunub.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}