Həbsdəki sabiq deputatın səhhəti pisləşib
Tarix: 17-04-2021 12:03 | Bölmə: Xəbərlər
Həbsdəki sabiq deputatın səhhəti pisləşib

Həbsdə olan Milli Məclisin sabiq deputatı, “Quska” ləqəbli Hüseyn Abdullayev saxlanıldığı müəssisədə bir neçə gündür aclıq aksiyası keçirir.

Reyting.az
-ın məlumatına görə, bu barədə vergidən yayınmaqda və qanunsuz sahibkarlıq ittihamı ilə həbs edilən Hüseyn Abdullayevin vəkili bildirib.

Vəkil Elçin Sadıqovun sözlərinə görə, dünən müvəkkili ilə görüşüb və məlum olub ki, onun hələ təzyiqi də yoxlanılmayıb: “O, kəskin baş ağrılarından, ürəkbulanmadan, qarın nahiyəsi və aşağı hissədə kəskin sancılardan əziyyət çəkir. Dodaq və ətrafında yaralar əmələ gəlib. Heç olmasa, su içməyini israrla xahiş etdim. Bu gün məlumat aldım ki, Hüseyn Abdullayevin bağırsağından qan açılıb”.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}