Şəhid hərbçi Masallıda dəfn olunub - Fotolar
Tarix: 19-04-2021 15:48 | Bölmə: Xəbərlər
Şəhid hərbçi Masallıda dəfn olunub

Azərbaycan Ordusunun Vətən müharibəsində ağır yaralanaraq 6 aydır koma vəziyyətində qalan və bu gün şəhid olan hərbi qulluqçusu Nurlan Fərrux oğlu Əbilovun cənazəsi doğulduğu Masallı rayonunun Şərəfə kəndinə gətirilib.

Məlumata görə, vida mərasimində rayon rəhbərliyi, ictimaiyyət nümayəndələri və şəhidin yaxınları iştirak ediblər.

O, doğulduğu Şərəfə kəndində torpağa tapşırılıb.

Qeyd edək ki, 1994-cü il avqustun 4-də Masallı rayonun Ağakişibəyli kəndində anadan olan N.Əbilov Vətən müharibəsinin ilk günlərindən ordu sıralarına qatılıb. O, oktyabrın 8-də Füzuli rayonu uğrunda gedən döyüşlərdə başından ağır yaralanıb və Silahlı Qüvvələrin Baş Klinik Hospitalında müalicə alıb.

N.Əbilovun 3 və 5 yaşlarında iki oğlu yadigar qalıb/Report.

Allah rəhmət eləsin!

****

Vətən müharibəsində yaralanan daha bir hərbçimiz şəhidlik zirvəsinə ucalıb.

Reyting.az
xəbər verir ki, bu barədə sosial şəbəkədə məlumat yayılıb.

Məlumata görə, Nurlan Fərrux oğlu Əbilov 190 gün komada qaldıqdan sonra bu gün səhər saatlarında vəfat edib.

Qeyd edək ki, Nurlan Əbilov Vətən müharibəsi başlayan zaman ordu sıralarına könüllü qoşulub. Oktyabrın 8-də Füzuli istiqamətində gedən döyüşlərdə baş nahiyyəsindən yaralanıb.
Məlumat üçün bildirək ki, şəhidimiz ailəli olub. İki azyaşlı oğul övladı var.

Xatırladaq ki, 15 aprel tarixində 6 ay komada qalan daha bir hərbçimiz Səbuhi Hüseynli şəhidlik zirvəsinə yüksəlmişdi.(Unikal.org)





Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}