07:49 / 25-04-2024
Kuba prezidenti etiraz edir
Ruslar Qarabağda 25.580 partlayıcı zərərsizləşdirib
Tarix: 20-04-2021 12:51 | Bölmə: Xəbərlər
Ruslar Qarabağda 25.580 partlayıcı zərərsizləşdirib

Rusiya sülhməramlı kontingentinin humanitar minatəmizləmə qrupları Azərbaycanın Dağlıq Qarabağ ərazisini mina və digər partlayıcı maddələrdən təmizləmə işlərini davam etdirirlər.

Reyting.az
Rusiya Müdafiə Nazirliyinə istinadla xəbər verir ki, hazırda rusiyalı minaaxtaranlar ermənilərin yaşadığı Qırmızı Bazar qəsəbəsinin kənarında partlayıcı maddələr axtarırlar.

Sülhməramlı kontingentin humanitar minalardan təmizlənməsi bölməsinin hərbçiləri təxminən beş hektar əkin sahəsini partlayıcı maddələrdən tam təmizləyiblər.

Ümumilikdə, 23 noyabr 2020-ci ildən etibarən Rusiya sülhməramlı kontingentinin humanitar minalardan təmizlənmə hissəsinin hərbi qulluqçuları 2012 hektar ərazini, 620 kilometr yolu partlamamış hərbi sursatlardan təmizləyib, 30 sosial əhəmiyyətli obyekt də daxil olmaqla 1716 ev və binanı yoxlanılayıb, 25.580 partlayıcı maddə zərərsizləşdiriblər.

Sülhməramlılar əlavə olaraq dünən daha 50-dən çox zəvvarın Dağlıq Qarabağdakı sərhəd xəttinin yaxınlığında yerləşən monastırlara müşayiətini təşkil ediblər.

Qeyd edək ki, Azərbaycan Respublikası Prezidentinin, Rusiya Federasiyası Prezidentinin və Ermənistan Respublikası Baş nazirinin birgə bəyanatında göstərilən müqavilələrə uyğun olaraq, 10 noyabr 2020-ci ildən etibarən Qarabağda tamamilə atəşkəs elan edilib.

Rusiya Federasiyasının sülhməramlı kontingenti Dağlıq Qarabağdakı atəşkəsə və hərbi əməliyyatlara nəzarət etmək üçün əraziyə yerləşdirilib.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}