Ramazanın 8-ci gününün duası - İmsak və iftar vaxtı
Tarix: 20-04-2021 22:01 | Bölmə: Xəbərlər
Ramazanın 8-ci gününün duası

Sabah Ramazan ayının 8-ci günüdür.

Reyting.az
xəbər verir ki, Qafqaz Müsəlmanları İdarəsinin açıqladığı Ramazan təqviminə əsasən, sabah üçün imsak saat 04:17, iftar isə saat 19:40-a təyin olunub.

Ramazan ayının 8-ci gününün duası:

"Allahummərzuqni fihi rəhmətəl-əytami və it-amət-təami. Və ifşa əs-səlami və söhbətəl-kiram. Bitəvlikə ya məlcəəl-amilin".

Tərcüməsi:

"İlahi, bu ayda mənə yetimlərə münasibətdə mərhəmətli olmağı, çörək verməyi, sülhpərvər olmağı, hörmətli adamlarla oturub-durmağı nəsib et Öz qüdrətin sayəsində, ey ümid edənlərin Pənahı!"

Allah orucunuzu qəbul etsin!




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}