16:46 / 19-04-2024
İlham Əliyev Rusiyaya gedir
Ərdoğan yeni nazirlər təyin edib
Tarix: 21-04-2021 09:27 | Bölmə: Xəbərlər
Ərdoğan yeni nazirlər təyin edib

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan yeni nazirlər təyin edib.

Türkiyə Prezident Administrasiyasının nəşri olan “Rəsmi gazete”də bildirilib ki, R.T.Ərdoğanın qərarı ilə Ailə Çalışma və Sosial Xidmətlər Nazirliyi ləğv edilərək, bunun yerinə iki nazirliyin - Ailə və Sosial Xidmətlər Nazirliyi, Çalışma və Sosial Təhlükəsizlik Nazirliyi təsis edilib.

Ailə Çalışma və Sosial Xidmətlər Nazirliyinin naziri Zümrüt Səlcuk vəzifəsindən çıxarılıb. Ailə və Sosial Xidmətlər Nazirliyinə Derya Yanık, Çalışma və Sosial Təhlükəsizlik Nazirliyinə isə Vedat Bilgin təyin edilib.

Bundan başqa, ticarət naziri Rühsar Pekcan da vəzifəsindən çıxarılıb. Yeni ticarət naziri postuna Mehmet Muş təyin edilib.

Reyting.az




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}