11:52 / 19-04-2024
BDU tələbəsi intihar edib
ASC sədri biznes imperiyasını genişləndirir
Tarix: 04-05-2021 18:51 | Bölmə: Xəbərlər
ASC sədri biznes imperiyasını genişləndirir

Azərbaycan qanunları məmurların biznes fəaliyyətini qadağan etsə də, Yeni Azərbaycan Partiyası İdarə Heyətinin keçmiş üzvü, “Azərsutikinti” ASC-nin sədri Yusif Hümbətov Bakı şəhərində öz adına böyük biznes sahəsi tikdirir.

Reyting.az
AzFakt.com-a istinadla xəbər verir ki, vaxtilə Prezident Administrasiyasında Ərazi idarəetmə şöbəsinin müdiri işləmiş Y. Hümbətov ölkə qanunlarına məhəl qoymur.

“Azərsutikinti” ASC-nin sədri Bakı şəhəri, Nərimanov rayonu, Ziya Bünyadov prospekti, 29 ünvanında ümumi sahəsi 1300 kv. metr olan bir mərtəbəli anbar inşa etdirir. Paytaxtın ən bahalı rayonlarından birində inşa edilən anbarın hazırki bazar qiymətinin bir neçə milyon manat dəyərində olduğu bildirilir.

Qeyd edək ki, ölkə mətbuatında Y. Hümbətovun adı “Azərsutikinti” ASC-nin əmlaklarını ələ keçirməkdə də hallanır.





Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}